Bakıda qadın övladını öldürmək istəyən ərini bıçaqladı
26-07-2020 09:59
Baxış sayı:
5680

Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Sabunçu rayonunda qeydə alınıb.
“Albalılıq” adlanan ərazidəki yaşayıs evlərindən birində 1975-ci il təvəllüdlü Hüseynov İlqar Yaşar oğlu sərxoş vəziyyətdə bıçaqla övladını öldürmək istəyib. Bu zaman onun həyat yoldaşı övladını xilas etmək üçün İ.Hüseynovu kürəyindən bıçaqlayıb.
Yaralı təcili yardımın köməkliyi ilə 3-saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./report