Bakının və Abşeronun bu ərazilərində su olmayacaq
28-06-2018 09:30
Baxış sayı:
2953

Gün ərzində Ceyranbatan, Saray, Masazır, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Azərsu ASC-dən Muxalifet.az-a verilən məlumata görə, məhdudiyyət Bakıətrafı kənd və qəsəbələrdə su təchizatı sistemlərinin yenidən qurulması layihələri çərçivəsində yeni tikilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədardır.
İstehlakçılardan əvvəlcədən su ehtiyatı toplamaları xahiş olunur.
İstehlakçılardan əvvəlcədən su ehtiyatı toplamaları xahiş olunur.