Baş hakim qolunu saymadı, Ronaldu kapitan sarğısını yerə atdı - DANNİ MAKKELİ OYUNDAN SONRA PORTUQALİYA YIĞMASINDAN ÜZR İSTƏDİ

Baxış sayı:
3114

Hollandiyalı baş hakim Danni Makkeli Serbiya yığması ilə dünya çempionatının seçmə oyununun uzatma dəqiqələrində Portuqaliya millisinin qolunu saymadığı üçün üzr istəyib.

Bu barədə qonaq komandanın baş məşqçisi Fernandu Santuş açıqlama verib.

Santuş bildirib ki, Makkeli matçın ardından epizodun təkrarına baxdıqdan sonra üzrxahlıq edib: "O, hələ meydançada mənə görüntülərə baxmaq və əsas olarsa, üzr istəmək niyyətində olduğunu dedi. Belə də oldu, üzr istədi".

Qeyd edək ki, Serbiya - Portuqaliya matçı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Hazırda hər iki komanda A qrupunda 4 xalla ilk 2 pillədə qərarlaşıb. İlk turda Portuqaliyaya 0:1 hesabı ilə uduzmuş Azərbaycan millisi martın 30-da Serbiyanı qəbul edəcək.

***

Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu Serbiya ilə 2:2 hesablı heç-heçə etdikləri dünya çempionatının seçmə oyununda kapitan sarğısını yerə tullayıb.

36 yaşlı hücumçu 3-cü uzatma dəqiqəsində qolunun sayılmamasına etiraz əlaməti kimi bu addımı atıb. Onun zərbəsindən sonra serbiyalı müdafiəçi Stefan Mitroviç topu qapı xəttinin içərisindən çıxarıb. Portuqaliyalı futbolçular topun qapı xəttini keçdiklərini bildirsələr də, niderlandlı baş hakim Denni Makkeli "davam" qərarı verib.

Referinin qərarından qəzəblənən Ronaldu önündə sarı vərəqə görüb. Bundan sonra ulduz futbolçu kapitan sarğısını meydana çırpıb.

Qeyd edək ki, bu nəticədən sonra Serbiya və Portuqaliya hərəyə 4 xalla A qrupunda ilk 2 pilləni bölüşür. İlk turda Portuqaliyaya 0:1 hesabı ilə uduzmuş Azərbaycan millisi martın 30-da Serbiyanı qəbul edəcək.

30-da Serbiyanı qəbul edəcək./report