Bazar yandı - 15 ÖLÜ, 70-dən ÇOX YARALI
28-06-2018 15:56
Baxış sayı:
4138

Keniyanın paytaxtı Nayrobi şəhərində bazarda güclü yanğın baş verib. Trend-in məlumatına görə, hadisə nəticəsində 15 nəfər həlak olub, 70-dən çox adam yaralanıb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. Qeyd edıək ki, Nayrobidə son doqquz ay ərzində bazarda baş vermiş iki yanğınla əlaqədar ölkə prezidenti araşdırma həyata keçirməyi tapşırıb.