"Binə" ticarət mərkəzində mağaza qarət edildi
9-07-2018 15:15
Baxış sayı:
6613

bakının Qaradağ rayonunda oğurluq hadisəsi baş verib.
Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” ticarət mərkəzindəki mağazaların birindən 974 manat və 7100 ABŞ dolları oğurlanıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zabil Səmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.