Binəqədi susuz qaldı

Baxış sayı:
3208

Binəqədi rayonun 7 və 8-ci mikrorayonlarında içməli suyun verilməsində iki gündür məhdudiyyətlər yaranıb.

“Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, bu gün ərzində sözügedən ərazilərə içməli suyun verilişi bərpa ediləcək.

Onun sözlərinə görə, həmin ərazilərdən keçən su borularında qəza olduğu üçün içməli suyun verilişi dayandırılmışdı: "Dünən 7-8 ci mikrorayonda bəzi ərazilərdə ərazilərində suyun verilməsi dayandırılmışdı. Təxminən 20 dəqiqə bundan qabaq əməkdaşlarımız öz işlərini yekunlaşdırıblar. 2 saat ərzində içməli suyun verilişi bərpa olunacaq".