“Birinci ledi Putinin gözlərində qəddarlıq, zülmkarlıq gördü...” - VİDEO
19-07-2018 00:57
Baxış sayı:
9493

Rusiya lideri Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın görüşü zamanı qəribə olay yaşandığı iddiası irəli sürülüb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, Ağ Ev rəhbərinin xanımı Melaniya Trampın Putinin əlini sıxarkən üzünün ifadəsinin dəyişdiyi bildirilib.
Tvitterin aktiv istifadəçilərinin iddiasına görə, birinci ledi Kreml rəhbərindən qorxub və sanki onun gözlərində qəddarlıq, zülmkarlıq görüb.
Qeyd edək ki, xanım Trampın qəribə davranışlarının ilk olmadığı deyilsə də, Putinlə görüşünün əks olunduğu videoda bu "qorxunu" sezmək olmur.