Birləşmiş Ərərb Əmirliklərinin İŞGƏNCƏ HƏBSXANASI: ABŞ-ın ÇİRKLİ OYUNLARI

ABŞ-ın İraqdakı işgəncələrinin rəmzi olan Əbu Gureyb həbsxanasının bənzəri Yəməndə ortaya çıxıb. ABŞ-ın Yaxın Şərqdəki müttəfiqi Birləşmiş Ərəb Əmirliklərinə məxsus olan bazada qalan bir dustaq işgəncə və cinsi hücumları çəkdiyi rəsmlərlə nümayiş etdirib.
ABŞ-ın Yaxın Şərqdəki müttəfiqi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ), Yəmənin qurduğu işgəncə bazalarında tətbiq etdiyi qeyri-insani üsullar, bir məhkum tərəfindən çəkdiyi rəsmlərlə nümayiş etdirilib. Adını açıqlamayan məhbusun “Associated Press” (AP) xəbər agentliyinə göndərdiyi məktub və rəsmlər, fiziki və cinsi təcavüzün miqyasını aşkara çıxarıb. Həbsxana məmurlarının qeyri-insani fəaliyyətlərini rəsmə köçürən məhbus, ona ittiham yönəldiyi halda bir ildə üç müxtəlif həbsxanaya göndərildiyini söyləyib. Hər bir rəsmin altına tətbiq olunan fiziki zorakılığın izahını yazan məhkum, vəzifəlilərin məhkumları necə axtardığı, işgəncədən sonra məhkumları hansı formada qoyduqları kimi detalları göstərib.
ABŞ-ın ÇİRKLİ İŞLƏRİ
Agentliyə danışan başqa şahidlərin sözlərinə görə də, son olaraq ölkənin cənubundakı Ədəndəki “Beir Əhməd” həbsxanasına üzlərini bağlayaraq daxil olan 15 məmurun, nəzarətindəki məhkumlara işgəncə edərək cinsi təcavüz tətbiq etdiklərini söyləyib. Mukalla şəhərindəki “Riyan” həbsxanasında çalışan bir yüksək səviyyəli təhlükəsizlik rəsmisi isə, ABŞ-ın kirli işlərini həyata keçirmək üçün BƏƏ-ni əlcək kimi istifadə etdiyini deyib. Əvvəlcədən BƏƏ-nin əməkdaşı kimi çalışan digər iki təhlükəsizlik rəsmisi isə, Amerikan güclərinin işgəncələr zamanı yalnız bir neçə metr uzaqda olduğuna işarə edib. Məhbuslara edilən işgəncələrdə iştirak edən keçmiş bir təhlükəsizlik rəisi isə agentliyə verdiyi açıqlamada, BƏƏ-nin məhkumları casusluq etməyə vadar etdiyini bildirib.
HƏBSXANALAR SƏNƏDLƏŞDİRİLMİŞDİ
Yəməndə Əl-Qaidə ilə əlaqəsi olduğundan şübhələnilən şəxslər, ölkənin cənubundakı gizli həbsxanalar sistemində işgəncə və insan hüquqları pozuntularına məruz qalır. “AP” daha əvvəl də Yəmənin cənubunda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Yəmən qüvvələrinin istifadə etdiyi 18 gizli həbsxananı ifşa etmişdi.
Müxalifət.az