BÖLGƏ ATƏŞ XƏTTİNDƏ! - İRAN HƏRBİ GƏMİLƏRİNİ GÖNDƏRDİ
21-06-2018 18:07
Baxış sayı:
3799

Muxalifet.az xəbər verir ki, İran Yəmən sahillərindəki Ədən körfəzinə 2 hərbi gəmi göndərib.
“Tasnim” agentliyinin verdiyi xəbərə görə, İran Dəniz Qüvvələrinin vertolyot daşımaq imkanına malik “Hark” və eskadra mina gəmisi “Subulan”dan ibarət 54-cü donanması Ədən körfəzinə göndərilib.
Ərəb yarımadasının cənub sahilində, Hind okeanını Qırmızı dənizə bağlayan strateji mövqedə yerləşən Ədən körfəzi Səudiyyə Ərəbistanının lideri olduğu koalisiyanın Yəmənə qarşı hərbi əməliyyatları baxımından həssas mövqedə yerləşir.