“Bordo bereli”lərdən Şimali İraqda STRATEJİ QƏLƏBƏ

Baxış sayı:
4123

Şimali İraqda PKK terror təşkilatına qarşı əməliyyatlara ara verməyən “Mehmetçik” sərhədlərinin terrordan təmizlənməsində önəmli addım atıb.

Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri Türkiyə-İran-İraq üçbucağında yerləşən Zaqros dağlarını mühasirəyə alıb.

Əməliyyata Xüsusi Qüvvələr Komandirliyinə bağlı “Bordo bereli” xüsusi təyinatlıları da qatılıb. Qeyd edək ki, Zaqros dağları PKK-nın Şimali İraqda əsas sığınacaqlarından sayılır.