Britaniya ordusu Əsəd qoşunlarına zərbələr endirib
1-07-2018 21:55
Baxış sayı:
2989

Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələri Suriyanın hökumət qoşunlarına zərbələr endirib.
Muxalifet.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə “The Times” məlumat yayıb.
Nəşrin məlumatına görə, bu, Suriyanın cənubundakı Ət-Tanf rayonunda beynəlxalq koalisiya bazası yaxınlığında baş verib.
Hadisə zamanı bir zabit, yeddi hərbi qulluqçu həlak olub.