Bəşər Əsəd Mazlum Kobanini Dəməşqə dəvət etdi

Baxış sayı:
10408

Rusiya ilə Türkiyə arasında əldə olunan Soçi Sazişindən sonra Rusiya - Suriya hərbi birlikləri Türkiyə sərhəd bölgəsində nəzarəti gücləndirib.
 Bu barədə muxalifet.az “hürriyet”ə istinadla xəbər verir.

Rejim birliklərinin dəstək üçün  Ayn əl Ərəbə (Kobani) yeni hərbi qüvvə göndərdiyi və Rusiya - Suriya əsgərlərinin həyata keçirdikləri ortaq nəzarətin sıxlığının artırılacağı bildirilib.
Rasulaynın şərq tərəflərində də rejim birliklərinin yerləşdirildiyi bildirildi. ABŞ  PKK/YPG-nin Sülh Çeşməsi əməliyyat ərazisindən çıxdığını iddia etsə də kəşfiyyat aparan Türk əsgərlərinə hücumlar davam edir.
Türkiyə müdafiə naziriyinin verdiyi məlumata görə dünən Rasulayn ərazisində kəşfiyyat aparan türk əsgərinə PKK/YPG  havadan raket zərbələri endirib və bir əsgər şəhid olub, beş əsgər isə yaralanıb.
Nazirliyin açıqlamasında terrorçulara gərəkli cavabın verildiyi və hədəflərin zərərsizləşdirildiyi qeyd olunub.
PKK/YPG terrorçuları  Suriya Milli Ordusunun nəzarətində olan Azez qəsəbə mərkəzinə 5 raket mərmisi atib, bir dinc sakin yaralanıb. Bu arada TSQ və Suriya Milli Ordusu, Tel Abyad və Rasulaynda humantar yardımların paylanmasından sonra qəsəbələrdə kustar üsulla düzəldilmiş partlayıcı və minaları təmizləmə işlərini aparıb. Tel Abyadın cənubundakı Ayn İsanın ətrafında yerləşən kəndlərə çox sayda əhalinin qayıtdığı bildirilib.
ABŞ və Rusiyanın əlaqə yaratdığı, Türkiyənin ABŞ-dan həbs edilməsini tələb etdiyi PKK/YPG başçılarından Mazlum Kobaniyə Suriya prezidenti Bəşər Əsədin də xəbər göndərdiyi bildirildi. Suriyadakı vətəndaş müharibəsiylə başlı yenilikləri yayımlayan internet saytları yerli mənbələrə əsasən paylaşdıqları xəbərlərdə, kimliyini gizli saxlayan yüksək çinli hərbçinin Əsədin adından Mazlum Kobani ilə Qamışlıda görüşdüyü və onu Dəməşqə dəvət etdiyi haqda məlumat verilib.