Bu dəfə də uşaqlar Trampa etiraz etdi - Foto
30-06-2018 22:56
Baxış sayı:
7771

ABŞ-ın 50 ştatından minlərlə insan Ağ Ev qarşısına toplaşaraq Tramp rəhbərliyinin immiqrasiya siyasətinə etiraz edib.
Muxalifet.az xəbər verir ki, etirazçılar “uşaqlar həbsxanalarda böyüməsin”, “ailələr bir-birinə aiddir” kimi şüarlar səsləndiriblər.
Tanınmış pop musiqiçisi Alisia Keys də etirazçılara qoşulub.
Etirazlarda iştirak edən uşaqlar ailələrindən ayrılmaq məcburiyyətində qalan immiqrant uşaqlara yazdıqları məktubları oxuyublar.
Qeyd edək ki, bir neçə gündür minlərlə insan ABŞ-ın Vaşinqton, Hyuston və Nyu York şəhərlərində Tramp rəhbərliyinin immiqrasiya siyasətinə etiraz edirlər.
Bu dəfə də uşaqlar Trampa etiraz etdi - Foto