Bu qidalar xərçəng riskini artırır
30-06-2018 18:17
Baxış sayı:
7360

İstehlak malları arasında xərçəngə səbəb olan ən təhlükəli məhsullar açıqlanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumat Britaniyanın “Which” jurnalında yayımlanıb.
Erkən ölüm riskini azaltmaq üzərində işləyən alimlər xərçəngə səbəb olan qidaları araşdırır. Məlum olub ki, emal olunmuş qırmızı ət məhsulları mədə və bağırsaq xərçənginə səbəb olur. İstehsalçılar bu məhsulların ömrünü uzatmaq və dad vermək məqsədilə onlara kanserogen tərkibli nitrat və nitrit vururlar.
Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, gündə 50 qram bu cür ət qəbul etmək kolon xərçəngi riskini 18 faiz artırır.
Xərçəng şişlərinin inkişafında digər faktor şəkərdir. Alimlər şirniyyatla onkoloji xəstəliklər arasında birbaşa əlaqəni müəyyən edə bilməsələr də, çoxlu şirniyyat qəbulunun şəkər xəstəliyinə səbəb olduğunu, onun da öz növbəsində xərçəngin yaranma riskini artırdığını deyir.
Məqalə müəllifləri deyir ki, pestisidlər, dadlandırıcılar və qida əlavələri konserogen tərkibli olmasını sübut etmək üçün bir sıra cəhdlər olsa da, dəqiq sübut yoxdur.
Xərçəng riskini azaltmaq üçün elm adamları yaşıl çay, nar, yağlı balıq, meyvə və tərəvəzlə qidalanmağı məsləhət görür.