Bundan sonra MHP nə desə, o olacaq - Səfər Aycan

Baxış sayı:
1987
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milliyətçi Hərəkat Partiyasının Baş katibinin köməkçisi Səfər Aycan deyib.
“Bu seçkidə ən uğurlu partiya MHP-dir. Bunu bütün ictimaiyyət və mətbuat belə dəyərləndirir.
MHP bu gün əsas açar nöqtədir. Parlamentdə 600 vəkil var, amma bundan sonra hər zaman gözlər 49 vəkilin üzərində olacaq. Bundan sonra parlamentdəki siyasəti MHP həyata keçirəcək. Biz nə desək, o olacaq. Dövlət Baxçalı həm Rəcəb Tayyib Ərdoğanı, həm Ədalət və İnkişaf Partiyasını, həm də dövləti xilas etdi”, – deyə o bildirib.