Çavuşoğlu Bakıda FETÖ-dan danışdı: Onların məktəbləri...

Baxış sayı:
4615

“Bu gün Avropa Şurasında və AŞ PA-da nələr olur, haraya doğru gedirik? Bu günki görüşümüzdə Səməd Seyidov da iştirak edirdi. Onunla da bu istiqamətdə müzakirə apardıq. Bu təşkilatda irqçilik və xarici düşmənçilik kimi meyillər baş qaldırıb. Biz bu istiqamətdə birgə əməkdaşlığı müzakirə etdik”, - deyə Çavuşoğlu bildirib.
O, sentyabr ayında Bakıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının iclasının keçiriləcəyini vurğulayıb:
“Qardaş Azərbaycan FETÖ ilə mübarizədə bizə ən güclü dəstək verən ölkələrin başında gəlməkdədir. Bir sıra ölkələrdə məktəbələr açıb. Afrika ölkələri ya onları bağlayır, ya da Təhsil Nazirliyinə təhvil verir. Qırğızıstanda hər şeyi FETÖ ələ keçirib. Ancaq Azərbaycan zamanında tədbirlər aldı. Ancaq FETÖ-nun bütün qurumlara nüfuz etməsini bir daha araşdırmalıdır. Azərbaycanla təhsil sistemində əməkdaşlığı gücləndirəcəyik".