CHP-də istefa dalğası - 1 saatda 400 minə yaxın şəxs...

Baxış sayı:
171

CHP sədri Özgür Özəlin Türkiyə Böyük Millət Məclisində (TBMM) deputatlarla birlikdə yeni siyasi partiya yaradacaqlarını açıqlaması partiya daxilində ciddi rezonansa səbəb olub.

Türkiyə KİV-lərinin məlumatına görə, açıqlamadan sonra təxminən 2 milyon qeydiyyatdan keçmiş üzvü olan CHP-dən ilk bir saat ərzində 387 min nəfər istefa verib. İstefaların kütləvi xarakter alması səbəbindən e-Devlet sistemi üzərindən partiya üzvlüyünün ləğvi xidmətində müvəqqəti giriş və istifadə problemləri yaranıb.

Özgür Özel TBMM-də CHP qrupunun iclasında çıxış edərək bunun partiya ilə yollarını ayırma deyil, yeni siyasi mərhələnin başlanğıcı olduğunu bildirib. O, quracaqları yeni partiyanın parlamentdə əsas müxalifət qüvvəsi olacağını iddia edib.

Yeni partiyaya qoşulan ilk tanınmış simalardan biri CHP sədrinin müavini və İzmir millət vəkili Murat Bakan olub.

Digər tərəfdən, CHP-nin sabiq sədri Kemal Kılıçdaroğlunun tərəfdarları ilə keçirdiyi görüşdə partiyanı tərk edən şəxslər və Özgür Özel barədə mənfi açıqlamalar verilməməsi barədə göstəriş verdiyi bildirilir. Məlumata görə, Kılıçdaroğlu əsas diqqətin iqtidara yönəldilməsinin vacibliyini vurğulayaraq, keçmiş partiya yoldaşları haqqında tənqidi fikirlər səsləndirilməməsini istəyib.