CHP-dən PKK-ya “AYI XİDMƏTİ”

Terrorla mübarizədə böyük qətiyyət göstərən Türkiyənin daxili işlər naziri Süleyman Soylunu hədəf alan CHP millət vəkili Bekaroğlu, PKK terrorçubaşı Murad Qarayılanın ondan daha yaxşı olduğunu yazıb.
24 iyun seçkilərində prezident Rəcəb Tayyib Ərdoğan düşmənçiliyi ilə HDP-ni dəstəkləyən CHP, Türkiyənin qərbində verilən səslərlə terrorçu təşkilatı Məclisə daşıdı.
CHP-dən HDP-yə edilən gözəlləmələr artıq Qəndilə köçüb.
CHP İstanbul Millət Vəkili Mehmet Bekaroğlu, təşkilata simpatiyasını açıq bir şəkildə yazıb.
Prezident Ərdoğanın təlimatları ilə terrorla mübarizəni yeni bir dönəmə daşıyan daxili işlər naziri Süleyman Soylunu hədəf alan Bekaroğlu, terror təşkilatı PKK-nın terrorçubaşı Murad Karayılanı tərifləyib.
CHP-li vəkil, "Süleyman Soylu, bu millətin birliyi, bütövlüyü və qardaşlığına terror təşkilatı lideri Karayılandan daha çox zərər vermişdir" deyə, yazıb.
Bu alçaqca sözlər, Bekaroğlunun izləyicilərinin də təpkisinə səbəb olub.
Müxalifət.az