CHP-li deputat Eren Erdem SAXLANILDI - DÖVLƏTƏ XƏYANƏT

Baxış sayı:
2083

İstanbuldan CHP-nin keçmiş deputatı Eren Erdem Twitter hesabından nəzarətə alındığını bildirib.
 
Erdemin tvitter mesajı belədir:
“Nəzarətə götürüldüm. Səbəbi bilmirəm. Polislər tərəfindən evimin qabağında həbs edildm. İctimaiyyətin diqqətinə çatdırıram".
Qeyd edək ki, Eren Erdem Türkiyənin dövlət sirlərini başqa ölkələrə satmaqla ittiham olunur. Bu yöndə konkret dəlil, səs yazısı və video çəkilişlər var. Ayrıca CHP-li Erdemin xanımının da Fransanın xüsusi xidmət orqanlarına çalışdığı haqda da materiallar mövcuddur və bunu Erdemin özü də təkzib etmir.

Müxalifət.az