CHP-nin Məclisə daşıdığı PKK-çılardan Öcalana “AZADLIQ" ÇAĞIRIŞI
29-06-2018 10:06
Baxış sayı:
1990

CHP-nin səsləri ilə seçki səddini aşan PKK-nın siyasi qolu olan HDP-nin Diyarbəkir Millət Vəkili Semra Gözəl, terror təşkilatı PKK-nın terrorçubaşı Öcalan üçün Məclisdə azadlıq tələb edəcəklərini açıqlayıb.
HDP Diyarbəkir Millət Vəkili Semra Gözəl, verdiyi müsahibədə 24 iyun seçkilərinin qalibinin HDP olduğunu iddia edərək, "sülh və demokratiya mübarizəsi" verəcəklərini, bunun da İmralıdakı liderlərinin azadlığa çıxması ilə mümkün olacağını deyib.
ÖCALANIN AZADLIĞINI MƏCLİSDƏ QALDIRACAĞIQ
“Öcalanın "təcrid" olunması, xalqın “təcrid" olunmasıdır” kimi, təqdim edən Gözəl, "Xalqın tələbi Öcalanın azadlığa buraxılması ilə bağlıdır. Biz bu tələbləri məclisdə qaldıracağıq. Bütün siyasi məhbusların azad olması tələbimiz olacaq" deyib.
Müxalifət.az