Çingiz Qənizadə AŞPA-nın Hüquq və İnsan haqları komitəsinə ÜZV SEÇİLDİ

Baxış sayı:
1576

Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Asambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Çingiz Qənizadə AŞPA-nın Hüquq və insan haqları komitəsinə üzv seçilib.

 Modern.az bu barədə AŞPA-nın rəsmi saytına istinadən xəbər verir.

 Qeyd edək ki, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyəti qurumun yay sessiyasında iştirak etmək üçün iyunun 24-dən iyulun 1-dək Strasburqda səfərdə olacaq.

 Nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Asim Mollazadə, Çingiz Qənizadə, Elşad Həsənov, Naqif Həmzəyev daxildir.