​Əcəmoğlu Paşinyandan 300 min istədi

Baxış sayı:
4597

Əslən erməni olan məşhur iqtisadçı Daron Əcəmoğlu Ermənistan iqtisadiyyatının bərpasına yardım etməyə razılıq verib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə “Jamanak” qəzeti məlumat yayıb.
“Yardım Əcəmoğlunun vətənpərvərlik hisləri əsasında baş tutmayacaq. O, İrəvandan öz xidmətləri qarşılığında 300 min dollar istəyib. Hökumət bu təklifi hələlik müzakirə edir, amma bilinən odur ki, bu məbləğ büdcə hesabına qarşılanmayacaq. Əgər Əcəmoğlunun təklifi qəbul edilsə, onun zəhmətinin qarşılığı özəl sektor hesabına qarşılanacaq. Bu işdə xüsusilə Rusiyada yaşayan erməni biznesmen Ruben Vardanyan yardıma hazır olduğunu bəyan edib”, – deyə qəzet bildirib.