​Dağıstanda qəza: 10 azərbaycanlı yaralandı

Baxış sayı:
5917

Dağıstanda “Qafqaz” federal trasında böyük avtomobil qəzası baş verib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, qəzaya səbəb minik avtomobilinin “Qazel” markalı mikroavtobusla toqquşması olub. Nəticədə iki nəfər həlak 10 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.
Rusiya Səhiyyə Nazirliyi “Qazel”də yaralanan şəxslərin hamısının Azərbaycan vətəndaşı olduğunu açıqlayıb.