Daha bir icra başçısının adı prezidentin “qara siyahısında” – SÜLEYMAN MİKAYILOVUN “VURULACAĞI” İDDİA OLUNUR

Lerikin icra başçısı Rövşən Bağırov və Zəngilanın başçısı Ramiz Həsənov da hədəfdədir...

Baxış sayı:
10747

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, ötən həftə - 12-18 iyun 2018-ci ildə mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 1-ci yeri ““Quska işi"ndə İLGİNC GƏLİŞMƏ - Süleyman Mikayılovun adı hallanır'', “İşdən çıxarılacaq icra başçılarının adları... MƏLUM OLDU”, “Qaradağın "qara taleyi": İcra başçısı kimə arxalanır? - FAKTLAR”, “İslahatların növbəti hədəfi bəllidir... - Süleyman Mikayılov yeni siyasətə ayaq uydura bilmir”, “Azərbaycanın krallıq iddiasında olan icra başçısı – SÜLEYMAN MİKAYILOV İKİ RAYONU ƏLƏ KEÇİRMƏK İSTƏYİR!”, “İcra başçısı tapşırıq verdi - Əlildən pul tələb edirlər”, “Bakı müşavirəsi dörd oliqarx başçının canına vəlvələ salıb - Özbaşınalığın sonu…” başlıqlı 7 məqalənin 11 saytda yayılması ilə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tutur.

Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra başçıları arasında 2-ci yeri “Lerikdən Leyla Əliyevaya müraciət: "20 hektar meşə məhv edilir, bizi də susuz qoyurlar”, “PULUMUZU GERİ ALANDAN SONRA BAŞÇININ QARA SİYAHISINA DÜŞDÜK…”-Lerikin 3 kəndi icra başçısını məhkəməyə verir”, “Rövşən Bağırovla Qorxmaz Hüseynov 3 kəndi susuz qoyur – Prezidentə ŞOK MÜRACİƏT”, “Lerik sakinləri Prezident Adminstrasiyasına üz tutdular” adlı 5 məqalənin 9 elektron KİV-də yayılması ilə Lerik rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tutur.

Nəhayət, mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 3-ci yeri isə “Zəngilan köçkünləri icra başçısını görənə hədiyyə verəcək? - Şok təfərrüat”, “Keçmiş "Qaçqınkom" şefinin qardaşı da "vurulur"... - Raqub Məmmədovdan sonra sıra ona yetişib” adlı 2 məqalənin 7 elektron KİV-də yayılması ilə Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov tutur.
 
Muxalifet.az