Dənizdə batan 23 yaşlı gəncin MEYİTİ TAPILDI
30-06-2018 14:04
Baxış sayı:
6868

Bakıda dənizdə batan şəxsin meyiti tapılıb.
Muxalifət.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 30-da dənizdə batdığı ehtimal olunan 1995-ci il təvəllüdlü Qarayev Müşfiq Mübariz oğlunun axtarışları başa çatıb.
M.Qarayevin cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.