Dövlət xətti ilə xaricdə təhsil alan azərbaycanlıların sayı azalıb
Son 5 ildə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrin sayı azalıb.
Muxalifet.az xəbər verir ki, Trend-in statistik məlumatlara istinadən apardığı təhlillərə əsasən, 2013-2014-cü tədris ilində xaricdə Azərbaycan vətəndaşı olan 3035 tələbə dövlət xətti ilə təhsil aldığı halda, 2017-2018-ci ildə bu rəqəm 1800-ə enib.
Azərbaycan vətəndaşları dövlət xətti ilə təhsil almaq üçün daha çox Türkiyənin ali təhsil müəssisələrini seçirlər. Ötən müddətə baxdıqda görmək olar ki, bu ölkədə dövlət xətti ilə təhsil alan azərbaycanlıların sayı təxminən 2 dəfə azalıb.
2013-2014-cü ildə Türkiyədə 1024 azərbaycanlı tələbə təhsil aldığı halda, 2017-2018-ci tədris ilində bu rəqəm 569 olub.
Azərbaycan vətəndaşlarının dövlət xətti ilə təhsil almaq üçün üstünlük verdiyi 2-ci ölkə Rusiyadır.