Dünyanı sarsıdan ÖLÜM İDDİASI: Şimali Koreya liderini KİM ƏVƏZ EDƏCƏK?

Baxış sayı:
118

Şimali Koreya lideri Kim Çen Inın beyin qanaxması keçirərək komaya düşdüyü və müalicə üçün Çinə aparıldığı iddialarının ardından bu dəfə onun vəfat etdiyi irəli sürülüb.

Muxalifet.az xəbər verir ki, Çin Demokratiya Partiyasının sədri kimi tanınan Vanjsun Şyenin (Wanjun Xie) ortaya atdığı və hələlik təsdiqlənməyən bu iddia dünya gündəminə damğa vurarkən, diqqətlər Kimin olası xələflərinə yönəlib. Ölkə liderliyinə əsas namizəd kimi onun bacısı Kim Yo Çjon və 13 yaşlı qızı Kim Çju E-nin adları çəkilir.

Çinli siyasətçi Vanjsun Şyenin "X" hesabındakı paylaşımı yeni bir iddiyanı gündəmə gətirib. O, Kim Çen Inın ağır beyin qanaxması keçirdiyini, daha sonra komaya düşdüyünü və tətbiq edilən müalicəyə baxmayaraq həyatını itirdiyini bildirib.

Kim Yo-jong

Sosial şəbəkələrdə sürətlə yayılan bu iddia hələ ki müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Eyni zamanda, Şimali Koreya və Çin rəsmiləri də məsələ ilə bağlı hər hansı rəsmi açıqlama verməyiblər.

Böyük Britaniyanın "The Sun" qəzetinin yaydığı xəbərlərdə Kim Çen Inın beyin qanaxması keçirdiyi və vəziyyətinin kritikləşməsi səbəbindən komaya düşdüyü iddia olunurdu. Şimali Koreyadakı tibbi imkanların yetərsizliyi ucbatından liderin müalicə üçün Çinin paytaxtı Pekinə aparıldığı bildirilirdi.

Kim Çen Inın öldüyünə dair təsdiqlənməmiş xəbərlər Şimali Koreyada rəhbərlik dəyişikliyini də gündəmə gətirib. Ölkə idarəçiliyini kimin təhvil alacağı müzakirə edilərkən, Kimin bacısı Kim Yo Çjon ilə 13 yaşlı qızı Kim Çju E-nin adları ön plana çıxır.

Kim Ju-ae

Şimali Koreya Fəhlə Partiyasının rəhbərliyində mühüm vəzifələr tutan Kim Yo Çjon xüsusilə Cənubi Koreyaya qarşı sərt bəyanatları və ölkə idarəçiliyindəki nüfuzu ilə tanınır. Kim sülaləsinin siyasi gücü nəzərə alındıqda, onun adı olası liderlər arasında ilk sırada gəlir. Lakin onun rəsmən xələf təyin edilməsi barədə hələlik heç bir qərar yoxdur.

Kim Çen Inın qızı Kim Çju E isə son illərdə atası ilə birlikdə qatıldığı hərbi paradlar və rəsmi tədbirlərlə diqqət çəkir. İlk dəfə 2022-ci ilin noyabrında raket sınağı zamanı ictimaiyyətə təqdim edilən Çju E, daha sonra hərbi keçidlərdə və silah obyektlərinə ziyarətlərdə atasının yanında görünüb.

Kim'in öldüğü iddiası dünyayı sarstı! Halef tartışması başladı

Hələ 13 yaşında olduğu bildirilən Çju E-nin dövlət tədbirlərində getdikcə daha çox ön plana çıxarılması, onun gələcəkdə ölkəni idarə etməyə hazırlandığı kimi şərh olunur. Lakin Pxenyan rəhbərliyi Kim Çju E-ni də rəsmi şəkildə xələf elan etməyib.

Qeyd edək ki, Kim Çen In 2020-ci ildə də təxminən üç həftə boyunca ictimaiyyət arasında görünmədiyi üçün oxşar iddiaların hədəfi olmuşdu. O dövrdə də onun səhhətinin ağırlaşdığı və vəfat etdiyi xəbərləri yayılmış, lakin Şimali Koreya lideri az sonra bir fabrikin açılışında ortaya çıxaraq şayiələrə son qoymuşdu.//Musavat.com