Dünyanın geyim nəhəngi açıqladı: satılmayan geyimlər…

Baxış sayı:
7822
İsveçin “Hennes & Mauritz AB” (H&M) şirkəti bu ilin son rübündə satılmayan geyimlərin dəyərini açıqlayıb.
Muxalifet.az xəbər verir ki, şirkət son rübdə satılmayan geyimlərin miqdarının 4 milyard dollar olduğunu bildirib. Bu göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 13% çoxdur.
Şirkətin geyimlərinin satışının azalması onun gəlirlərinin 28% azalmasına səbəb olub.
Qeyd edək ki, H&M dünyanın ikinci ən böyük geyim riteyleridir. Bu baxımdan şirkət yalnız İspaniyanın “İnditex” korporasiyasına uduzur. Dünyanın 62 ölkəsində fəaliyyət göstərən şirkətin 4500 mağazası və 132000 işçisi var.