Düşmənləri qısqandıracaq UĞUR: gələcəyin silahı sınaqdan keçirildi – VİDEO
21-06-2018 15:09
Baxış sayı:
4327

Son illər müdafiə sənayesində uğurlu layihələr həyata keçirərək idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldan Türkiyə növbəti uğura imza atıb.
Muxalifət.az xəbər verir ki, Türkiyənin Müdafiə Sənayesi Katibliyi (SSM) müdafiə sənayesinin əhəmiyyətli layihələrindən biri olan “SAHİ 209 EMT” elektromaqnit topunun ilk sınaqlarının müvəffəqiyyətlə keçdiyini açıqlayıb.
Elektronik top gələcəyin silahlarından biri hesab olunur.