Erməni ordusu cəbhənin şərq istiqamətində HƏRƏKƏTƏ KEÇDİ
29-06-2018 15:24
Baxış sayı:
2323

Ermənistan Ordusu Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində hərbi təlimlər keçirib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, təlimlər müdafiə və hücum xarakteri daşıyıb.
Məlumata görə, təlimlər cəbhənin şərq istiqamətində həyata keçirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Naxçıvan və Qarabağ cəbhəsində uğurlu əməliyyatları Ermənistanda ciddi qorxuya səbəb olub. İrəvanda hesab edirlər ki, Qarabağ danışıqlarının dalana dirənməsi Azərbaycanı ərazilərin azad edilməsi üçün hərbi varianta üz tutmağa məcbur edəcək. Bu kontekstdə Qarabağdakı təlimlər də müharibəyə hazırlıq xarakteri daşıyır.