Ermənilər Ağdamın işğal altında olan yaşayış məntəqələri üzrə 280 HEKTAR ƏRAZİNİ YANDIRDI

Baxış sayı:
6865

“Azərkosmos” ASC Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə idarəçilində olan "Azersky" peyki vasitəsilə Ermənistan Silahlı Qüvvələri tərəfindən təmas xəttində son günlər törədilmiş yanğınların monitorinqini aparılıb.

“Azərkosmos” ASC-dən verilən məlumata görə, baş verən yanğınlar əsasən cəbhənin Ağdam rayonu istiqamətində baş verib. İyunun 29-da Ağdam rayonunun işğal altından olan yaşayış məntəqələri üzrə ümimilikdə 280 hektar ərazinin yandığı aşkar edilib.

Yanğınların monitorinqi hal-hazırda davam etdirilir.