Ermənistanda KURYOZ HADİSƏ: Sarkisyanları səhv saldılar

Baxış sayı:
6886

Ermənistan prezidentinin mətbuat xidməti hazırkı prezident Armen Sarkisyanı onun sələfi Serj Sarkisyanla səhv salıb.

Muxalifət.az azvision.az-a istinadən xəbər verir ki, bu cür gülünc, bir o qədər də ciddi diplomatik səhv dünən Ermənistan prezidentinin Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşməsi ilə bağlı rəsmi saytda yerləşdirilən bəyanatda buraxılıb. 

Ermənistan prezidentinin mətbuat xidməti yazıb ki, 29 iyunda prezident Serj Sarkisyan ABŞdövlət katibi Mayk Pompeo ilə görüşüb. Xəbərə birləşdirilən fotoda isə Pompeonun yanında fəaliyyətdə olan hazırkı prezident Armen Sarkisyan olub. 

Hazırkı prezident Armen Sarkisyanın yerinə Ermənistanın keçmiş prezidenti SerjSarkisyanın adını yazdığını görən mətbuat xidməti sonradan bəyanatda düzəliş edib. 

Xatırladaq ki, Serj Sarkisyan 2008-dən 2018-ci ilin 9 aprelinədək Ermənistanın prezidenti olub. Ondan sonra bu posta Armen Sarkisyan yiyələnib.