Ermənistanda Paşinyan əleyhinə qeyri-adi aksiya - "ANTİNİKOL"

Baxış sayı:
283

Ermənistanın müxalif “Adekvat” hərəkatının fəalları ötən gün paytaxt Yerevanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan əleyhinə qeyri-adi aksiya keçiriblər.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hərəkatın fəalları Hökumət binasının qarşısında yerə "Antinikol" sözlərinin yazıldığı plakatlar yapışdırıblar.

"Əvvəlki aksiyanı Vətəndaş Razılaşması Partiyasının (Nikol Paşinyanın rəhbəri olduğu siyasi təşkilat – red.) qərargahı qarşısında keçirdik. Bundan sonra vətəndaşlar bizə müraciət edərək, "antinikol" sözlərinin yazıldığı plakatları verdilər", - aksiyanın fəallarından biri bildirib.

Polis aksiya iştirakçılarının plakatlarını cırıb.