​FETÖ-çu Adnan Oktarı dəstəklədi: Alçaltmaq, güc tətbiqi...

Baxış sayı:
5005

Adnan Oktara və qruplaşmasına FETÖ növbəti dəfə sahib çıxıb.
Muxalifet.az xəbər verir ki, təşkilata məxsus olan və yayımı dayandırılan Bugün TV-nin baş redaktoru Tarık Toros Adnan Oktarın əlləri bağlı, başından basılaraq tutulmasını sərt tənqid edib.
O, Tvitter hesabında, "Az əvvəl Tvitterdə rast gəldim. 6 gündür həbs edilən Adnan Oktar müayinəyə götürülərkən əlləri arxadan qandallanıb, başından və boynundan aşağı basılaraq polis maşınına mindirilir. Bu, kameralar qarşısında onu alçatmaqdan və güc tətbiqindən başqa bir şey deyil", sözlərini qeyd edib.
Sosial şəbəkə istifadəçiləri isə onun bu tvitinə "sıra sənə və FETÖ-ya gələcək", - deyə cavab veriblər.