FHN dağlıq ərazidəki yanğınla bağlı məlumat yaydı
27-06-2018 19:16
Baxış sayı:
1717

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunun Aşağı Seyfəli kəndində dağlıq ərazidə quru ot və kol-kos yanır.
FHN-dən bildiriblər ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.