​“Fənər” azərbaycanlı bombardiri almaq istəyir

Baxış sayı:
4903

“Fənərbaxça” İran millisinin Azərbaycan əsilli futbolçusu Kərim Ənsarifərdi transfer etmək istəyir.
Muxalifet.az İran mətbuatına əsasən xəbər verir ki, “Fənərbaxça” klubunun yeni baş məşqçisi Filip Koko İran millisində göstərdiyi oyunu ilə diqqət çəkən əslən azərbaycanlı K.Ənsərifərdin transferi üçün məxsus olduğu Yunanıstanın “Olimpiyakos” klubu ilə danışıqlara başlayıb.
Qeyd edəki ki, K.Ənsərifərd İran-Portuqaliya görüşündə fərqlənə bilib və ötən mövsüm “Olimpiyakos”da vurduğu 17 qolla Yunanısatan çempionatının bombardirlər siyahısında 2-ci olmağı bacarıb.