Gənc jurnalistlər üçün “müasir informasiya müharibəsi üsulları” mövzusunda təlim keçiriləcək –QEYDİYYAT ELANI

Baxış sayı:
1996

“İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Sosial şəbəkələrdə və digər internet informasiya resurslarında milli maraqların müdafiəsinin təşkili”  layihəsini həyata keçirir.

Layihənin məqsədi  internet informasiya resurslarında və sosial şəbəkələrdə milli maraqların müdafiəsi məqsədilə jurnalistlər, populyar Feysbuk sosial şəbəkəsi səhifələri və qruplarının adminləri, fəal istifadəçilərinin, sosial şəbəkə istifadəçilərinin maarifləndirilməsi və onların məlumatlığının artırılmasıdır.

Layihə çərçivəsində  Bakı şəhərində KİV-də çalışan jurnalistlər, Feysbuk sosial şəbəkəsi səhifələri və qruplarının adminləri, istifadəçilər üçün “Müasir informasiya müharibəsi üsulları” mövzusunda  təlim keçirilməsi nəzərdə tutulub.

Təlim  iyul ayının birinci yarısında Bakı şəhərində keçiriləcək.  Təlim “İnformasiya müharibəsinin xüsusiyyətləri”, “İnformasiya müharibəsinin metod və üsulları”, “Sosial şəbəkələrdə informasiya müharibəsi üsulları”, “Feyk xəbərlər və trollar vasitəsilə yayılan informasiyalar”,  “İnformasiya təxribatlarına qarşı mümkün fəaliyyətlər” mövzularını əhatə edəcək.

Təlimdə iştirak etmək istəyənlər  05  iyul 2018-ci il tarixədək  xagani2002@mail.ru  elektron poçt ünvanına müraciət edə bilərlər.

Təlimin Gündliyinin ilkin variantı  ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz.

http://ogp.org.az/az/wp-content/uploads/2018/06/Gundelik-yeni.pdf