Gəncədə beşmərtəbəli binada partlayış və yanğın - 5 NƏFƏR TƏXLİYƏ OLUNDU

Baxış sayı:
6430

Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib.

FHN-dən virtualaz.org-a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 25 m² olan 1 otaqlı mənzilin yanar konsturuksiyaları 16 m² sahədə yanıb. Partlayış dalğasının təsirindən otağın qapı və pəncərə çərçivələri yerindən çıxıb. Yanğın zamanı 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.