Gömrükçülər Azərbaycan vətəndaşından şübhələnib, xəstəxanaya apardı – ƏMƏLİYYAT
28-06-2018 12:43
Baxış sayı:
3922

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Strateq.az Dövlət Gömrük Komitəsində istinadən bildirir ki, yoxlama zamanı, həmin şəxsin daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiətilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb: “Burada tibbi müayinə nəticəsində, vətəndaşın daxili orqanında (düz bağırsağında) bir bükümdə olmaqla, xalis çəkisi 2,712 qram narkotik vasitə – heroin aşkar edilib”.
Faktla bağlı araşdırma aparılır.