Gömrükdə SİQARET ƏMƏLİYYATI
30-10-2017 14:53

Gömrük nəzarətindən gizlədilən 1200 siqaret aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərinə gömrük baxışı keçirilib.
Gömrük baxışı zamanı, həmin şəxsin üzərində gömrük nəzarətindən gizlədilmiş 1200 ədəd “Marlboro” markalı siqaret aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.