​Hansı hallarda yol ödənişli ola bilər? - Ekspert

Baxış sayı:
4885

Ödənişli yolun mütləq ödənişsiz alternativi olmalıdır. İki məntəqəni birləşdirən yeganə yol heç vaxt ödənişli ola bilməz.
Muxalifet.az xəbər verir ki, bu sözləri hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov Azərbaycanda salınması gözlənilən ödənişli avtomobil yolları ilə bağlı danışarkən deyib.
Hüquqşünas bildirib ki, hazırda ölkəmizdə ödənişli ola biləcək yol hələ ki, yoxdur. Çünki qanunda qoyulan 2 vacib şərt təmin edilməlidir:
“Birincisi əlbəttə ki, alternativ yolun olmasıdır. Alternativi olmayan heç bir yolun ödənişli forması ola bilməz.
Ödənişli yolun alternativi olan ödənişsiz yol da texniki göstəricilərinə görə bütün standart və tələblərə uyğun, təhlükəsiz və rahat hərəkət üçün abadlaşdırılmış olmalıdır.
Məsələn, yaxın gələcək üçün hədəflənən Ələt-Astara yolunun yeni salınmış hissəsi yalnız o halda ödənişli ola bilər ki, onun alternativi olan köhnə yol (Biləsuvar və Cəlilabaddan keçən) tam bərpa olunsun. Hazırda həmin köhnə yol çox bərbad vəziyyətdədir. Belə vəziyyət tam aradan qaldırılana qədər yeni yolun ödənişli olması mümkün deyil”.