​Hitlerin yaxın adamının qızı kəşfiyyatda çalışıb

Baxış sayı:
2359

Adolf Hitlerin yaxın adamı Henrix Himmlerin qızı Almaniya kəşfiyyatı üçün çalışıb.
Muxalifet.az xəbər verir ki, Almaniyanın "Bild" qəzeti II Dünya müharibəsindən sonra Himmlerin qızının kəşfiyyatda çalışdığını bildirib.
Ötən ay 88 yaşında Münhendə həyatını itirən Qudrun Burvitzin 1961-1963-ci illərdə Münhen yaxınlığında yerləşən Pullaxda BND qərargahında katib kimi çalışıb. Keçmiş nasist Raynard Qehlenin rəhbərliyi altında çalışan Burvitzin 1963-cü ilə qədər başqa bir adla gizli xidmətdə olub.