Hökməlidə qətl törədən şəxs YAXALANDI
2-07-2018 14:07
Baxış sayı:
4525

Binəqədi rayon sakini M.Babayevi qətlə yetirməkdə şübhəli bilinən A.İsmayılov saxlanılıb.
Muxalifet.az-a Daxili İşlər Nazirliyindən daxil olan məlumata görə, iyunun 30-da Binəqədi rayonunun Hökməli qəsəbəsində Musa Babayev yaşadığı evin yaxınlığında üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini Ağaramazan İsmayılov saxlanılıb.
Araşdırma aparılır.