Hərbi təyyarə qəzaya uğradı: ÖLƏNLƏR VAR

Baxış sayı:
3919

Banqladeşdə Hərbi Hava Qüvvələrinin təyyarəsi qəzaya uğrayıb.

Muxalifət.az xəbər verir ki, bu barədə "Bangla Tribune" məlumat yayıb.

Məlumata görə, hadisə axşam saatlarında, təlim uçuşu vaxtı baş verib. Qəza nəticəsində 2 nəfər həlak olub. Onların heyət üzvü olduqları bildirilir.

Qəzanın təhqiqatı məqsədilə xüsusi komitə yaradılıb.