Həsən Dəmirçinin ailəsinə şok: YAS MƏRASİMİ LƏĞV EDİLDİ
27-06-2018 11:05
Baxış sayı:
2026

ETTELAAT əməkdaşları Təbrizin Tubaiyyə məscidində güneyli musiqi ustadı Həsən Dəmirçinin 3 mərasiminin keçirilməsinə icazə verməyib.
ETTELAAT milli fəal və musiqiçinin ailəsinin məsciddə 3 mərasimini keçirməsinə mane olub və dəvət üçün hazırlanan bildirişləri müsadirə edib.
Qeyd edək ki, iyunun 24-də Təbrizin “Ali nəsəb” xəstəxanasında vəfat edən Həsən Dəmirçinin 3 mərasiminin bu gün yerli vaxtla 18:00-dan 20:00-dək Təbrizin Tubaiyyə məscidində keçirilməsi nəzərdə tutulmuşdu.
H.Dəmirçi 1941-ci ildə Təbrizdə dünyaya göz açıb. Güneyli soydaşlarımız ona xidmətlərinə görə “Həsən Azərbaycan” ləqəbini verib./kult.az