İbrahim Tatlısəsə şok telefon: OĞLUNU ÖLDÜRƏCƏYİK

Baxış sayı:
3823

İbrahim Tatlısəs, ona zəng edərək, "Oğlun İdo-nu öldürəcəyik" deyə təhdid edən şəxsin kimliyinin müəyyən edilməsini istəyib. Prokurorluğa müraciət edən Tatlısəs, "Övladımın can və mal təhlükəsizliyi təmin olunsun" - deyib.
 
Məşhur sənətçi İbrahim Tatlısəs, 28 iyun günü oğlunun və özünün musiqi albomlarının paylama şirkəti olan “Əsən Muzik”-ə gedib. Bu ərəfədə görünməyən nömrə ilə Tatlısəsə zəng gəlib və oğlunun öldürüləcəyi ilə təhdid edilib.
Bundan sonra İbrahim Tatlısəs, prokurorluğa müraciət edib. Vəkili vasitəsilə prokurorluğa təqdim etdiyi şikayət ərizəsində, oğulları İdo və Əhməd Tatlısəsin dəfələrlə ölümlə təhdid olunmaqla təhlükəyə məruz qaldığını bildirib. Tatlısəs ərizəsində, İdonun Yalovada verəcəyi konsertə ölüm təhdidi ilə çıxmaq məcburiyyətində qaldığını və konsertin sıx təhlükəsizlik tədbirləri altında baş verdiyini bəyan edib.
 
İSTİNTAQ AÇILIB
 
Oğlu İdo-nu ölümlə təhdid edən şəxsin cəzalandırılmasını istəyən İbrahim Tatlısəs, İdonun can təhlükəsizliyinin təmin olunmasını istəyib. Tatlısəsin şikayətindən sonra prokurorluq tərəfindən istintaq başlayıb.
Müxalifət.az