İfşa oldular! BİR QALMAQAL DAHA ORTAYA ÇIXDI

Baxış sayı:
3964

Məscid-i Aksaya basqın təşkil edən İslam düşməni Yehuda Glick-in “məşhur” Türk dostu ilə yaxınlığı ifşa oldu.
 
İsrail polisinin nəzarəti altında 700-dən artıq fanatik Yəhudi, işğal altındakı Şərqi Qüdsün "Köhnə Şəhər" hissəsində yerləşən Məscid-i Aksaya basqın təşkil edib. Basqından dərhal sonra Twitter hesabından mesaj yazan Beynəlxalq Media İnformasiya Dərnəyinin sədri (UMED) Aslan Dəyirmançı, Məscid-i Aksaya basqını təşkil edənlərin təşkilatçısının Binyamin Netanyahunun rəhbərlik etdiyi Likud Partiyasından deputat Yehuda Glick olduğunu açıqlayıb.
Yehuda Glick ilə həbs olunan Adnan Oktarın birlikdə fotosunu da dərc edən Dəyirmançı, "Bu gün Məscid-i Aksaya edilən basqının təşkilatçıları arasında da olan Sionist Yehuda Glick-in Türkiyədəki dostu isə Adnan Oktardır" deyə, yazıb.

Müxalifət.az