İki uşaq anası olan 23 yaşlı gəlin özünü binadan atdı – DƏHŞƏT

Baxış sayı:
3635

Bərdədə 2 uşaq anası özünü 4-cü mərtəbədən atıb.

Muxalifet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə məcburi köçkünlər üçün salınmış 7 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Həmin binada yaşayan 1996-cı il təvəllüdlü Bayramova Məlahət intihar etmək istəyib.

Ağır xəsarətlər alan qadın Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.