İngilislər evə, Xorvatiya finala...

Baxış sayı:
4660

Bukmeyker kontorları bugünkü yarımfinalda İngiltərə millisini favorit görür, əslində isə...

Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatında bu gün daha bir finalçının adı məlum olacaq. Saat 22:00-da İngiltərə millisi  Xorvatiya ilə qarşılaşacaq.

Statistika nə deyir?

Xorvatiya müstəqillik qazanandan sonra ilk dəfə 1996-cı ildə İngiltərə millisi ilə yoldaşlıq görüşü keçirib. İlk görüşdə hesab açılmayıb. 

2004-cü il Avropa çempionatında bu komandalar bir qrupa düşmüşdülər. Həmin qarşılaşmada ingilislər Xorvatiyanı 4:2 məğlub edib. 2008-ci ildə isə Avropa çempionatının seçmə mərhələsində yenə bir qrupda mübarizə aparıblar. Zaqrebdəki oyunda İngiltərə 2:0 məğlub olub. Uembli stadionunda da Xorvatiya meydan sahiblərini 2:3 məğlub edib.

croatia 2018 world cup ile ilgili görsel sonucu

2010-cu ildə püşk bu komandaları Avropa çempionatının seçmə mərhələsində yenə rəqib edib. İngilislər bu dəfə məğlubiyyətin əvəzini  çıxıblar. Hər iki oyunda İngiltərə qalib gəlib. Rəqib meydanında 4  qol vurub, 1 top buraxıb, öz meydanlarında isə Xorvatiyanı darmadağın edib: 5:1. Bu komandalar 7 ildən sonra ilk dəfə bu gün qarşılaşacaqlar. Həm də finalın bir addımlığında...

england croatia 2018 ile ilgili görsel sonucu

İngilislər-emosiyasız, gənc və...

Mundialla bağlı yazılarda İngiltərə millisi haqda bir neçə qeydlər etmişik. Futbolun yaradıcıları 1966-cı ildən bəri nə Avropa çempionatında, nə DÇ-də uğur qazana bilməyib.1990-cı ildən sonra İngiltərə ilk dəfədir yarımfinala çıxıb və final oynamağa çox yaxındır.

İngiltərə bu mundialda gənclərdən ibarət, nizam-intizamlı, yaxşı təşkil olunmuş komanda kimi çıxış edir. Qrup mərhələsində yalnız Belçikanın  2-ci  heyəti ilə oyunda (İngiltərə də əsas heyətlə oynamayıb) minimal hesabla uduzub. Tam olaraq Premyer-Liqadakı klubların  oyunçularından təşkil olunmuş İngiltərə millisi məhsuldar oyunu ilə seçilir-11 top. İngilislər fonemenal futbol oynamırlar. Amma komanda rəqibin adi bir səhvindən dərhal istifadə edir, düşən fürsətdən yararlanırlar. İngiltərənin oynadığı futbol emosional və həyəcanlı deyil.   Səhvsiz oynamağa çalışmaları, xüsusən ötürmələrdə diqqətli oynamaları indilikdə ən böyük üstünlükləridir .

england 2018 world cup ile ilgili görsel sonucu

Qrup mərhələsində Panamanın qapısından 6 top keçirən ingilislər mundiallar tarixində ilk dəfə böyük hesabla qalib gəliblər. Daha bir rekord isə penaltilərlə 4 dəfə uduzaraq “pley-off”dan evə dönən İngiltərə Kolumbiya ilə 1/8 qarşlılaşmasında bu lənətdən qurtarmalarıdır. Daha bir rekord da yenə İngiltərə millisinə aiddir. Belə ki, millinin hücumçusu Harri Keyn 6 topla mundialın bombardirlər siyahısına başçılıq edir. 

Baş məşqçi Qari Sautqeyt Kolumbiya ilə oyundan sonra deyib ki, komandası hələ heç nəyə nail olmayıb. O deyib ki  İngiltərə millisi istənilən komanda ilə mübarizə aparmağa hazırdır.

Milli komandanın bu gün fərqli oyun üslubu seçəcəyi inandırıcı deyil. Çünki onlar keçirdikləri bütün oyunlarda eyni tapşırıqlarla  meydana çıxırlar.

Mundialın “qara atı” 

Mundialın “qara atı” hesab olunan Xorvatiya millisi isə  “yorğun atı” xatırladır. Son iki oyunda əlavə vaxt və penaltilərdən sonra yarımfinala gələn Xorvatiya millisi  üçün bərpa prosesi asan olmaya bilər. Komanda ingilislərlə müqayisədə yaşlıdır. Amma Xorvatiyanın əsas üstünlüyü Luka Modriç kimi “yaradıcı” yarımmüdafiçəsi olmasıdır. İndi mundialda cəmi iki güclü yarımmüdafiəşi var: Modriç və Eden Azar. Modriç rəqib hücumlar üçün nə qədər “dağıdıcıdırsa,” öz komandası üçün o qədər yaradıcıdır. Ruslarla oyundan sonra rus şərhçilər onun meydanda funksiyasını konkret epizodlarla təhlil edirdilər. Heyrət bir mənzərə... Oyunda onun gördüyü işi tamaşaçı izləyə bilməz. Təsadüfi deyil ki, indi  Modriç  dünyada ən yaxşı yarımmüdafiəçidir.

Modrich Eden Azar ile ilgili görsel sonucu

Bugünkü qarşılaşmada Xorvatiyanın ən əsas silahı da Modriç və şübhəsiz ki, Mario Mandzukiçdir. Xorvatiya yarımfinala vəsiqə qazananda komandanın baş məşqçisi Sladko Daliçinin ağlaması komandanın hansı yükün altına çiyin verdiyini və bunun məsuliyyətini anladıqlarını göstərir. Oyunda komandaların açıq mübarizə, yoxsa fürsət gözləyib qol vuracaqlarını, kimin ağlayan, kimin gülən tərəf olacağını axşam biləcəyik.

Modric world cup ile ilgili görsel sonucu

Bukmeykerlər təlaşda: kim qalib gələcək?  

Dünyanın ən nüfuzlu bukmeyker kontorları pulu İngiltərənin  xeyrinə yatırırlar. Fərq o qədər də yüksək deyil, amma nədənsə, ingilislərin qələbəsini daha çox proqnozlaşdırırlar. Sadalanan arqumentlər heç biri şəxsən mənə inandırıcı gəlmir. Bu gün Xorvatiya daha çox qələbə qazanmağa yaxındı. O səbəbdən də yazının sərlövhəsini belə vermək riskinə getdim.

Çempionat bitir, həyəcan isə daha da artır. İngilislərin evə dönməsi lazım, hökumət böhranı və yeni müəmmalı zəhərlənmə və sair problemlər var. Xorvatiyada isə sakitlikdir, tufanqabağı sakitlik... Yeri gəlmişkən, Xorvatiyanın yaraşıqlı xanım prezidenti Rusiya ilə oyuna gəlmişdi, bu gün də onun yenidən komandasına dəstək üçün gələcəyi gözlənilir... 

Sonda qeyd edək ki, oyunu türkiyəli  Cüneyit Çakır idarə edəcək. Onun Argentina və Nigeriya ilə 1/8-də afrikalıların penaltisini  VAR-a baxdıqdan sonra verməməsini bəzi türk şərhçilər ədalətli hesab etmədi. Bu gün Çakır nə qərarlar verəcək? Allah insaf versin...