İngilislər Ərdoğanın qələbəsini həzm etmədi: AVROPAYA BİR PUTİN YETƏR

Baxış sayı:
1831

İngilis qəzetləri 24 iyun seçkilərinə bu gün də səhifələrində geniş yer ayırıb. İngilis “The Times” qəzeti yenə Ərdoğanın qələbəsini həzm edə bilmədiyini nümayiş etdirib və təhdidlər yağdırıb. 24 iyun seçkiləri ilə bağlı bir baş məqalə dərc edən “The Times” qəzeti, "Türkiyənin dönüş nöqtəsi: Ərdoğan seçki qələbəsini, demokratikləşdirmə üçün istifadə etməlidir" başlığını atıb. Məqalədə Türkiyənin son üç ildə üç parlament və bir prezident seçkisi ilə bərabər, bir referendum və bir də çevriliş cəhdi yaşadığı xatırladılıb və növbəti beş ildə prezident Rəcəb Tayyib Ərdoğanın yeni sistemdə səlahiyyətlərinin artdığı qeyd edilib, Rusiya prezidenti Vladimir Putinə bənzədilib. BİR PUTİN YETƏR! Qəzet sonra belə davam edib: "Avropaya bir Putin artıqlaması ilə yetir. Türk lider əlində topladığı gücü necə istifadə edəcəyi barədə açıq olmalıdır. Ərdoğanın bundan sonra nə edəcəyini fikirləşmək lazımdır. YENƏ TƏHDİD VƏ TƏLİMATLAR YAĞDIRIRLAR Amma Ərdoğan yenidən seçilməsinin sabitlik istəyən investora inam verəcəyini düşünürsə, yanılır. Orta perspektivdə Türkiyəyə investor cəlb etməyin yeganə yolu iqtisadi və siyasi sistemin daha açıq hala gəlməsidir. Təyinatlar liderə şişirdilmiş sədaqət nisbətinə görə deyil, ləyaqətə görə edilməlidir. Hüququn aliliyi təmin olunmalı, tarazlıq və nəzarət mexanizmləri konstitusiyaya əlavə olunmalıdır. RUSİYA TÜRKİYƏNİ NATO-dan QOPARMAQ İSTƏYİR Bu zaman Rusiyanın bir məqsədi də var: Türkiyəni NATO-dan qoparmaq. Ərdoğanın Rusiyadan silah almağa davam edib etməyəcəyi niyyətinin göstəricisi olacaq". Müxalifət.az